Cəmiyyət böyük bir dairəyə bənzəyən qapalı sistemdir. Sistemin qapalı olması onun inkişaf etmədiyi mənasına gəlmir. Dairə həm də böyüyür. Böyümək üçün fərdlərlə qidalanır. Yəni daha kiçik dairələrlə. Onun, həm də kollektiv şüur və orqanizm olması günümüzdə hər kəsə aydın olan məsələdir. Hətta o qədər çox mənimsənilmiş düşüncələrdir ki, əslində bu fikirlərin mücərrəd olduğu unudulub. Cəmiyyət illüziyadan ibarətdir və individualların ortaq ideyası, inanc birliyidir. Onun şüuru da, orqanizmi də fərdlərə əsaslanır. Valyuta, vətən və ya adi bir futbol komandası kimi realda fiziki olaraq var olsa da onun dəyəri mücərrəddir və fərdlər tərəfindən təyin edilir.
İllüziyanın gücü ona inananların sayına və bu inancın zaman içərisində keçdiyi yolun uzunluğuna düz mütənasibdir. Bu yolun bir nöqtəsində kəskin dəyişikliyin olduğu barizdir. Çünki struktur baxımından cəmiyyət fərdə xidmət etməli olduğu halda bir müddətdən sonra bunun tam əksini müşahidə edirik. Həmin dönüş nöqtəsi cəmiyyətin illüziya olduğunun unudulması ilə əlaqəlidir. Cəmiyyət yalan deyil, faydalı mücərrəd düşüncə sisteminin praktikada uğurlu tətbiqidir. Ancaq, bir yalanı uzun müddət dəfələrlə təkrar etdikdən sonra onun gerçəkliyə çevrilməsi məsəlində olduğu kimi insanlar tərəfindən real olaraq qəbul edilməyə başlandı. Bu da fərddə özünü davranma pozuqluqları olaraq göstərdi. Lap qədimdən cəmiyyət bəşəriyyətin həyatda qalma instinktinin məhsulu olmuşdur. Ancaq heç vaxt mifologiyadakı obrazlardan biri deyildi. Bu gün isə sitayiş edilən “varlıqdır”. Artıq fərd, cəmiyyətin ondan azad şəkildə var olduğuna əmin olduğu üçün onu itirməmək naminə qulluqçuya çevrilməyə, hətta tapınmağa başladı. Bu ibadətini ibtidai şüurdan irəli gələn qurban ayini ilə mənəvi dəyər olaraq zirvəyə qaldırdı.
Bu günün qlobal sistemində cəmiyyətin də inkişafı “məcburidir”. Ona görə də dayanmadan fərdlərlə qidalanmalıdır. Maraqlısı bundadır ki, insanlar da özlərini ona yem kimi təqdim etməkdə heç bir problem görmürlər. Çünki həyatın normal axınının belə olduğunu düşünürlər. Bu bir növ vəhşi təbiətdəki canlının həyat sirkulyasiyasına bənzəyir. Doğulursan, yaşayırsan və toplum tərəfindən yeyilərək ölürsən. İnsan yalnız bunun üçün yaşayır və yalnız belə ölür. Hətta bunda ilahi duyğular da tapmaq mümkündür. Məsələn bir bütünün parçası olmaq, kosmosla, Allahla və ya təbiətlə bütünləşərək onun özünə çevrilmək kimi.
İnsanın öz mücərrəd anlayışını yanlış qavraması günün sonunda dəyər problemi ilə nəticələnir. Cəmiyyəti özündən daha dəyərli, güc və səlahiyyət mövqeyi olaraq görür. Ancaq bu problem üzərində düşünməyin özü də edilən yanlışı bu dəfə bilərək davam etdirməyə insanı vadar edir. Çünki dəyər problemi tərəflərin olmasını tələb edir. Bu halda tərəf fərd və cəmiyyətdir. Topluluğu bir tərəf olaraq qəbul etmək isə illüziyanı yenidən real qəbul etmək deməkdir. Əlbəttə onu birdəfəlik rədd edərək “problem”in ətrafından dolanmaq olar. Ancaq bunun özü də yenə insanın təbiəti ilə zidlik təşkil edir. Hətta bu halda insanın öz həyatda qalma şansını azaltmaq kimi axmaq seçim etdiyi də düşünülə bilər. Ancaq ironik şəkildə cəmiyyətin inkişafı da elə ona hansısa fərdlərin üsyanına ümidlə bağlıdır. Yəni içlərindən bəzilərinin ona qarşı çıxmasını istəyir. Barizdir ki, yalnız fərd inkişaf etdiyi zaman onu əhatələyən sosial çevrə də inkişaf edir. Əksi halda hər bir insan ömrünü sadəcə sabit şəkildə dayanıb cəmiyyətin ağır yükü altında əzilməməyə çalışaraq keçirir. Bu da vahid şəxsin inkişafını maksimum dərəcədə məhdudlaşdırır.
Cəmiyyət anlayışının təbiəti barədə düşüncələr bizə onun varlıq olaraq mücərrədliyindən əlavə işləmə mexanizmindəki strukturun paradoksal olduğunu göstərir. Fərd məcburdur ki, təhlilini genişləndirmək üçün həmin anlayışın orijinal təbiəti və praktikadakı qarşılığını bir-birindən ayırsın. Bu da gündəlik həyatdan ssenariləri təhlil edən zaman onun təbiətinə xas olan bəzi mücərrən xüsusiyyətlərinin gözardı ediləcəyi deməkdir. Paradoksdakı əsas döngü isə belədir: Fərdlə cəmiyyətin bir-birinə ehtiyacı var. Fərdin üsyan etməyə ehtiyacı var. Cəmiyyətin ona qarşı gələcək üsyançılara ehtiyacı var.
Cəmiyyət anlayışının təhlili yazının bu hissəsinə qədər olduğu kimi sadəcə zehni platformada yox, eyni zamanda vizual olaraq da araşdırılır. Təsviri incəsənətin özünəməxsus dili mövzunun mücərrəd təbiətinə yaraşacaq şəkildə düşüncə qatına bir mərhələ də əlavə edərək onu daha maraqlı edir. Bu mənada “Mavi kölgələr” rəngkarlıq seriyası cari mətnlə ortaq kökləri paylaşır.
“Mavi kölgələr” seriyasında sosial münasibətlərin qapalı döngüsü dəyər problemi üzərindən ələ alınıb. Yuxarıda da qeyd olunduğu kimi, bu zaman cəmiyyət anlayışının mücərrən təbiəti və bizdəki qarşılığı bir-birindən ayrılıb. Beləcə topluluq birbaşa tərəf olaraq qəbul edilərək onun mücərrəd kökü gözardı edilib. Müqayisəli yanaşma ilə fərdin dəyəri cəmiyyətdən üstün tutulub. Bu da özünü böyük və kiçik dairə simvollarında göstərib. Ancaq burada gözlənilənin əksinə kiçiklər cəmiyyəti, böyüklər isə fərdi təmsil edir. Mövzunun kompleksliyinə baxmayaraq yanaşmanın sadəliyi alt mətnin oxunmasını asanlaşdırmaq məqsədiylə edilmiş şüurlu seçimdir. Həm də “Mavi kölgələr” seriyasında vizual “tələ” yaratmaq üçün bu iyerarxiya qəsdən tərsinə çevrilmişdir. Ölçü şübhəsiz hər iki tərəfin mahiyyət etibarilə dəyərini əks elətdirir. Ona görə ölçülərə uyğun olaraq dairələrin təmsil etdiyi tərəflərin dəyişməsi anlaşılandır. Bu cür yanaşma bir növ xatırlatmadır. İzləyicini təəccübləndirərək nəyin yanlış olduğunu düşünməyə həvəsləndirir. Bu həvəsləndirmə əslində bəsid bir çağırış yox, həm də cəmiyyət anlayışının mücərrəd köklərini xatırlamağa doğru yönləndirmədir.
Bu məqalənin, əsas mövzunun görünməyəm abstrakt üzünü araşdırdığını deyə bilərik. Rəsm seriyası isə bir növ keçid funksiyası yerinə yetirir. Belə ki, nümayiş etdirilən vizual yanıltmac izləyicidən cavab tələb edir. Üzərində düşünülmüş doğru cavab izləyici ilə cəmiyyətin mücərrəd üzünü qarşı-qarşıya gətirir. Yalnız bu halda “Mavi kölgələr” öz hədəfinə çatmış sayılır.
Society is a closed system akin to a large circle. The closed nature of the system does not mean that it does not develop. The circle is also growing, feeding on individuals—that is, smaller circles—to expand. Today, it is clear to everyone that society functions as a collective consciousness and organism. In fact, these concepts have become so deeply internalized that people have forgotten their abstract nature. Society is an illusion, a shared idea and unity of belief among individuals. Both its consciousness and its organism rely on individuals. Like currency, homeland, or a ordinary football team, while existing physically in reality, its value remains abstract and is defined by individuals.
The strength of this illusion is directly proportional to the number of people who believe in it and the duration of this belief over time. It is clear that a sharp turning point occurs at a certain stage on this path. While structurally society is meant to serve the individual, after a certain point, we observe the exact opposite. This turning point is connected to forgetting that society is an illusion. Society is not a lie; it is a practical, successful application of a useful abstract thought system. However, much like a lie repeated long enough becomes reality, it began to be perceived as real by people, ultimately manifesting in behavioral disorders within the individual. Since ancient times, society has been a product of humanity's survival instinct, yet it was never a character out of mythology. Today, however, it has become a worshipped "entity." Believing that society exists independently of them, individuals have turned into its servants to avoid losing it, even worshipping it. This worship was elevated to a spiritual peak through sacrificial rituals stemming from a primitive consciousness.
In today's global system, the development of society is also "mandatory." Therefore, it must continuously feed on individuals. Interestingly, people see no problem in presenting themselves as prey, believing this to be the natural flow of life. It resembles the life cycle of a creature in the wild: you are born, you live, and you die by being consumed by the collective. Man lives only for this and dies only like this. One can even find divine feelings in this process—such as becoming part of a whole, merging with the cosmos, God, or nature, and becoming one with it.
A human's misperception of their own abstract concept ultimately results in a problem of value. They view society as more valuable than themselves—as a position of power and authority. However, reflecting on this problem forces one to consciously continue making the same mistake, because a value problem requires opposing sides. In this context, the sides are the individual and society. Accepting the collective as a side means accepting the illusion as reality once again. Of course, one could reject it entirely and bypass the "problem," but this conflicts with human nature. Doing so might even be considered a foolish choice that reduces one's chances of survival. Yet ironically, the development of society itself relies on the hope that certain individuals will rebel against it. In other words, it needs some from within to oppose it. It is evident that the surrounding social environment develops only when the individual develops. Otherwise, every person spends their life standing static, merely trying not to be crushed under the heavy weight of society, which severely restricts individual growth.
Reflections on the nature of the concept of society reveal to us that beyond its abstraction as an entity, its operational structure is paradoxical. To expand their analysis, the individual is forced to separate the original nature of this concept from its real-world counterpart. This means that when analyzing everyday scenarios, some abstract properties inherent to its nature will be overlooked. The core loop of the paradox is as follows: The individual and society need each other. The individual needs to rebel. Society needs rebels to oppose it.
Up to this point, the analysis of the concept of society has been explored not only on a mental platform, but also visually. The unique language of visual art adds another layer to the plane of thought, fitting the abstract nature of the topic and making it even more intriguing. In this sense, the "Blue Shadows" painting series shares common roots with this text.
In the "Blue Shadows" series, the closed loop of social relations is addressed through the problem of value. As noted above, the abstract nature of the concept of society has been separated from our perception of it. Thus, the collective is directly accepted as a side, while its abstract root is ignored. Through a comparative approach, the value of the individual is prioritized over society. This is represented through the symbols of large and small circles. Contrary to expectations, however, the small circles represent society, while the large ones represent the individual. Despite the complexity of the topic, the simplicity of this approach was a conscious choice to facilitate the reading of the subtext. Furthermore, this hierarchy was intentionally inverted to create a visual "trap" in the "Blue Shadows" series. Size undoubtedly reflects the essential value of both sides; therefore, it is understandable that the representation of the sides shifts according to scale. This approach serves as a reminder, surprising the viewer and encouraging them to think about what is wrong. This encouragement is not merely a simple call to action, but a prompt to remember the abstract roots of the concept of society.
It can be said that this article explores the unseen, abstract side of the main subject. The painting series acts as a bridge. The visual trick presented demands an answer from the viewer. A thoughtful, correct answer brings the viewer face to face with the abstract face of society. Only then can "Blue Shadows" be considered to have achieved its goal.